Azərbaycanda kişilər də məişət zorakılığına məruz qalır - Aylıq statistika

Məişət zorakılığı ilə bağlı Məlumat Bankına müxtəlif qruplardan ay ərzində təxminən 15-20 məlumat daxil olur.
Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Komitə rəsmisinin sözlərinə görə, elə gün olur ki, məişət zorakılığı ilə bağlı 5-10 məlumat daxil olur, bəzən tam əksinə – heç bir məlumat daxil olmur. O, qeyd edib ki, məişət zorakılığına məruz qalanlar arasında kişilər də var.
“Məişət zorakılığı Məlumat Bankına yığılan məlumatları daim təhlil edirik. Bu məlumatlar əsasında monitorinq qrupları qabaqlayıcı və profilaktik işlər həyata keçirirlər. Daxil olan məlumatlar əsasında ya qısa müddətli, ya da uzun müddətli mühafizə orderi tətbiq olunur. Məişət zorakılığı ilə bağlı Məlumat Bankına daha çox qadınlarla bağlı müraciət olur. İkinci yerdə uşaqlar, üçüncü yerdə kişilərdir”.
A.Veysalova, həmçinin vurğulayıb ki, məişət zorakılığı ilə bağlı verilən orderlərini sayı ildən-ilə artır. “2013-2014-cü illərdə cəmi 4 mühafizə orderi tətbiq olunmuşdsa, bu gün onların sayı 20-ə çatır. İnsanlar artıq bilirlər ki, zorakılığa davam edilsə, onları hansı cəzalar gözləyir. Nəticədə bəzi ailələrdə zorakılığın dərinləşməsi baş vermir”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar