Azərbaycanda istirahətə gedən gənclərin başına daş parçası düşdü
Qax rayonuna istirahətə gedən 3 nəfər xəsarət alıb.
Minval.info APA-ya istinadən xəbə verir ki, bu gün saat 12 radələrində rayonun İlisu kəndi ərazisində yüksək dağlıq ərazidən tökülən Ram-Ramay şəlaləsinə istirahətə gedən Cəlİlabad rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Eldar oğlu Məstəliyevin üzərinə şəlalədən gələn qaş düşüb.
Nəticədə Orxan Məstəliyev başından, sol çiynindən, kürəyindən və qabırğalarından xəsarət alıb.
O. Məstəliyev yıxılan zaman yanında olan həmyerliləri – 1990-cı il təvəllüdlü Tərlan Məlikəhməd oğlu Ağamalıyev və 1988-ci il təvəllüdlü Mirrəhman Mirələm oğlu Salmanova toxunub.Bu zaman onlar da yıxılaraq xəsarət alıblar.
Hər üç şəxs Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. O. Məstəliyevin xəsarətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.
T.Ağamalıyev və M.Salmanov lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu
