Azərbaycanda iş adamı özünü avtomobilində güllələdi - Təfərrüat
Naftalanda baş verən intiharın bəzi təfərrüatları məlum olub.
Minval.info xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Ş.Qurbanov küçəsi, ev 4-ün qarşısında qeydə alınıb. 63 yaşlı Feyruz Qocayev özünə məxsus “Nissan” markalı, 46 BA 222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd “Stoeger” markalı tüfəng götürüblər.
Onu da qeyd edək ki, F.Qocayev Naftalan şəhərində yerləşən “Şəfa” sanatoriyasının sahibi olub. O, ötən il həmin sanatoriyanı külli miqdarda borcu olduğu üçün satıbmış.
F.Qocayev borcu sələmçidən alıbmış. Sanatoriyanı satandan sonra onun yenə borcu qalıb. Təzyiqlərə dözə bilməyən iş adamı çıxış yolunu intiharda görüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir