Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA
İlin əvvəlindən bu günə kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə daha çox dəm qazından zəhərlənənlər müraciət edib.
Bunu Oxu.Az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib. Onun sözlərinə görə, onlara dəm qazı ilə bağlı ümumi 131 nəfər gətirilib:
“Onlardan 21 nəfərin vəziyyəti ağır olub. Uşaqların sayı isə altı təşkil edib. Ölüm hadisəsi isə baş verməyib. Ümumiyyətlə, Bakı və ətraf kəndlərdən, Qəbələ, Tovuz, Şəmkir, Gəncədən, Ağcabədi və Qaradağ rayonundan gətirilənlər daha çox olur”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Azər Maqsudov qeyd edib ki, ikinci yerdə isə dərmandan zəhərlənənlərdir: “Dərman zəhərlənməsi ilə bağlı 126 nəfər müraciət edib”.
Baş həkim onu da əlavə edib ki, şöbəyə ilan sancması ilə bağlı 71 nəfər gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi