Azərbaycanda hərbi çağırış başladı
Minval.info xəbər verir ki, prezident İlham Əliyev mayın 30-da Azərbaycan vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2018-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Sabah 39 dərəcə isti olacaq
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı
