Azərbaycanda futbolçu dəhşətli qəzada öldü – Fotolar
Mayın 8-də Ucar rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən gənc oğlanla bağlı bəzi məqamlar üzə çıxıb.
Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində “QAZ-66” markalı kranla “Ford Transit” markalı yük maşınının toqquşması nəticəsində dünyasını dəyişən Maştağa qəsəbəsi sakini, 1989-cu il təvəllüdlü Ceyhun Mikayıl oğlu Haşımov futbolçu olub. Həm də ticarətlə məşğul olan Ceyhun futbolçu kimi müxtəlif yarışlarda iştirak edib.
Bir müddət əvvəl Məşhəd ziyarətində olmuş 30 yaşlı Ceyhun Haşımov doğulduğu Maştağa qəsəbəsində dəvn edilib.
Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi sakini, 1978-ci il təvəllüdlü Eldəniz Ağalar oğlu Talıbovun idarə etdiyi “QAZ-66” markalı avtomobil toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sərnişini, Sabunçu rayonu Maştağa qəsəbə sakini Ceyhun Haşımov hadisə yerində keçinib.
(publika.az)
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
