Azərbaycanda evlərdən silsilə oğurluqlar edən dəstə zərərsizləşdirilib
Şəmkir polisi silsilə oğurluqlar törədən dəstəni zərərsizləşdirib.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini, 49 yaşlı Elba Əhmədov saxlanılıblar.
Müəəyən edilib ki, Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlara qanunsuz daxil olaraq oradan xeyli miqdarda qızıl-zinət əşyalarını və nəğd pulu mənimsəyiblər. Sonradan həmin şəxslər oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satıblar.
Məlumatda həmçinin bildirilir ki, dəstə üzvləri Şəmkirdə 7 fərdi yaşayış evindən və bir mağazadan eləcədə Tovuz rayonunda iki evdən oğurluq etməkdə şübhəli bilinirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir