Azərbaycanda daha bir general SAXLANILDI
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
“Minval.info” “qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulovdan gedir.
Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
Həkim Nicatın qəhrəmanlığı: İnfarktdan xilas etdi
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu