Azərbaycanda DƏHŞƏTLİ OLAY: Dayı evə hücum çəkib bacısı oğlunu bıçaqladı
Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb.
Aralarında yaranmış münaqişə zəminində Şirvan sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Şəxsiyyət Məmməd oğlu bacısının yaşadığı fərdi yaşayış evinə hücum edərək bacısı oğlu, 1984-cü il təvəllüdlü Əhmədov Elmin Elxan oğluna bədəninin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi endirib.
Ş.Məmmədov, eyni zamanda, həyətə daxil olarkən üzərində gətirdiyi tez alışan püskürdücü balonu alışqanla yandıraraq bacısına və digər ailə üzlərinə yüngül yanıq xəsarətləri yetirib. Hazırda hadisə yerindən qaçan Ş.Məmmədovun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yaralı E.Əhmədovun həyatı üçün təhlükə olmadığı bildirilir.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir