Azərbaycanda dəhşətli hadisə - Mesajları səhv başa düşdü, öldürüb, ata bağlayıb sürüdü
Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
İlkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.
Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.
ƏLAQƏLİ
Bayram məmmədovun ailəsində dəhşətli qətl: Anasını öldürməkdə qardaşı şübhəli bilinir
Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxlayırmış.
Sirusun yaxınları iddia ediblər ki, Seymur Məmmədov Sirusu döyəndən sonra onu ata bağlayaraq xeyli sürüyüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis tərəfindən tutulan S.Məmmədov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. Lent.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu