Azərbaycanda DƏHŞƏT: bir ailənin 3 üzvü öldü, 2-si yaralandı
Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində “Mercedes” amrkalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Rabil oğlu xəstəxanada, onun anası Bənövşə Aydınzadə və F. Aydınzadənin 7 aylıq övladıı hadisə yerində ölüb.
F. Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəmkirdə istixanada yanğın: FHN operativ müdaxilə etdi
Marketdə çörək rəfində ilan təlaş yaratdı
Şəkidə ziplayn faciəsi: Mərkəzdən ilk açıqlama
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman