25.01.2022 - 12:38
Hadisə
16 baxış
Azərbaycanda dəfələrlə həbs edilmiş falçı yenidən tutuldu
Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Minval”a verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.
Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
“Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur”, – məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
14.09.2026 - 10:28
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
13.09.2026 - 20:56
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
13.09.2026 - 19:11
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
13.09.2026 - 13:35
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
13.09.2026 - 12:04
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
13.09.2026 - 11:43
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
13.09.2026 - 09:58
Qanlı göldə balıqların kütləvi ölümü!
13.09.2026 - 09:51