Azərbaycanda çörəyin qiyməti bahalaşdı - Foto

Bu gün səhər saatlarından etibarən marketlərdə çörəyin qiyməti bahalaşıb.
“Minval.info” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya alıcılar məlumat verib. Bildirilir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir. Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən “Çörəkçi” və “Nömrə 1” şirkətlərinə məxsusdur.
“Nömrə 1” şirkətinin nümayəndəsi saytımıza açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: “Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb”.
Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı saytımıza təsdiqləyiblər.
Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?