Azərbaycanda cinayət törədən qadınların sayı artdı: Səbəblər nədir?
2025-ci ildə Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayı 21,031 nəfərə çatıb. Bu rəqəm, 2024-cü ildə qeydə alınan 22,485 nəfərlə müqayisədə 1,454 nəfər və ya 6.5 faiz azalıb.
Minval.info xəbər verir ki, 2025-ci ildə cinayət törətmiş şəxslərin 19,694 nəfəri kişilərdən, 1,337 nəfəri isə qadınlardan ibarət olub. Kişilər arasında cinayət törətmiş şəxslərin sayı əvvəlki ilə nisbətən 1,556 nəfər və ya 7.3 faiz azalıb, qadınlar arasında isə bu göstərici 102 nəfər və ya 8.3 faiz artıb. Ümumilikdə, cinayət törətmiş şəxslərin 93.6 faizi kişilər, 6.4 faizi isə qadınlar olub.
Yaş qruplarına gəldikdə, ən yüksək cinayət törətmə göstəricisi 30 yaş və yuxarı şəxslər arasında olub. Bu yaş qrupunda 15,450 nəfər cinayət törədib ki, bu da 2024-cü illə müqayisədə 979 nəfər azdır.
ƏLAQƏLİ
Parkda dəhşətli anlar: Bakıda gənc oğlan yeniyetmə qızı döydü, qızın burnu qırıldı
2025-ci ildə cinayət törətmiş şəxslərin 2,809 nəfəri 25-29 yaş, 2,294 nəfəri 18-24 yaş, 344 nəfəri 16-17 yaş və 134 nəfəri isə 14-15 yaş qrupuna aiddir. 14-15 yaşlılar arasında cinayət göstəricisi 14 nəfər artıb, digər yaş qruplarında isə azalma müşahidə olunub.
Məşğulluq vəziyyətinə görə, cinayət törətmiş şəxslərin 10,856 nəfəri əmək qabiliyyətli yaşda olub, lakin işləməyən və təhsil almayanlar təşkil edib. Bu kateqoriyada göstərici bir il ərzində 1,654 nəfər və ya 13.2 faiz azalıb.
Digər məşğulluq növləri üzrə cinayət törətmiş şəxslərin sayı 8,591 nəfər, fəhlələrin sayı 878 nəfər, qulluqçuların sayı isə 421 nəfər olub. Bundan əlavə, 219 nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 28 nəfər təhsil alan, 24 nəfər kənd təsərrüfatı işçisi, 8 nəfər maliyyə-kredit və bank işçisi, eləcə də 6 nəfər dövlət idarəçiliyi sistemində çalışan şəxs cinayət törədib.
ƏLAQƏLİ
İrandan Azərbaycana narkotik axını: Sərhədçilər 7,5 kiloqramlıq qaçaqmalçılığı necə dayandırdı?
2024-cü illə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında cinayət törətmiş şəxslərin sayı 80 nəfər və ya 57.6 faiz artıb. Maliyyə-kredit və bank işçiləri arasında isə bu göstərici 21 nəfərdən 8 nəfərə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vüqar Məmmədovun məhkəməsində "işgüzar nüfuz" davası: Kimlər şikayətçidir?