Azərbaycanda bütün mobil operatorlar qiymətləri qaldırdı

“Azercell Telekom” MMC öz abunəçilərinə 15.08.2018-ci il tarixindən etibarən “Asan İmza” xidmətindən istifadə üçün hər faktura dövrünə görə abunə haqqının ƏDV daxil 2.50 AZN məbləğində təyin edildiyi barədə xəbərdarlıq edib.
Sputnik Azərbaycan “Azercell Telekom” MMC-yə sorğu göndərərək “Asan nömrə”nin aylıq ödənişinin hansı səbəbdən 1 AZN-dən 2.50 AZN-ə qaldırıldığını öyrənməyə çalışıb. “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən sorğumuza belə cavab verilib:
“Qeyd edək ki, 16.07.2018-ci il tarixində “Azercell Telekom” MMC rəsmi mətbuat orqanları vasitəsilə öz abunəçilərini “Asan İmza” Xidmətinin istifadəsi ilə bağlı “ASAN İmza” xidməti üzrə aylıq abunə haqqı dəyişikliyi barədə məlumatlandırıb. Belə ki, rəsmi məlumata əsasən, 15.08.2018-ci il tarixindən etibarən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Bu xidmət ilə əlaqədar göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0,00 AZN təşkil edəcək”.
“Azercell Telekom” MMC-dən bildirilib ki, qiymət artımı ilə bağlı təklif “Asan İmza” xidmətinin birbaşa təminatçısı “Best Solutions” şirkəti tərəfindən irəli sürülüb: “Buna səbəb isə xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artması olub. Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur”.
Qurumdan o da qeyd olunub ki, bütün qeyd olunanları nəzərə alaraq ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə “Azercell Telekom” MMC-yə qarşı yönəldilmiş “inhisarçılıq”, “soyğunçuluq” və sair qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq