17.12.2018 - 23:23
Sosial 1 baxış

Azərbaycanda boşananların sayı açıqlandı - STATİSTİKA

2018-ci ilin on ayında qeydiyyat şöbələri tərəfindən 50 min 882 nikah və 12 min 396 boşanma halları qeydə alınıb.

Minval.İnfo xəbər verir ki, beləliklə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Başqa cür ifadə etsək, təxminən hər 4 evlənəndən biri boşanıb.

Dövlət Statistika Komitəsi məlumatına görə, ölkədə 48186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: