Azərbaycanda bir neçə universitetə prorektor təyin olundu (SİYAHI)
Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.
Minval.info Report-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.
Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub.
BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?