31.05.2022 - 12:35
Hadisə
24 baxış
Azərbaycanda bədbəxt hadisə: Ata qızının toyuna dörd gün qalmış faciəvi şəkildə öldü
Salyan sakini qıcolmadan su kanalına düşərək ölüb.
“Minval.info”nun Bizim.Media-ya istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şorsulu ərazi vahidliyinə daxil olan Boranıkənd kənd sakini, 1975-ci il təvəllüdlü, II qrup əlil Sarxanov Rafət Əvəz oğlu bu gün səhər saatlarında qoyunları örüşdə otararkən anidən qıc olub. Nəticədə yaxınlıqdakı su kanalına düşərək boğulub.
Məlumata görə, R.Sarxanov uzun illərdir qıcolma xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, iyunun 4-də mərhumun qızının toyu olacaqdı.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
12.09.2026 - 18:27
Kenan və Beren 3 milyonluq villa axtarışında
12.09.2026 - 16:42
FHN Zaqatalada yanğın təlimi keçirdi
12.09.2026 - 14:01
Nepalda faciə: Həlak olanların sayı artır
12.09.2026 - 13:40
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
12.09.2026 - 11:27
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
12.09.2026 - 08:18
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
11.09.2026 - 23:26
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
11.09.2026 - 23:19