18.06.2018 - 19:50
Ölkə
17 baxış
Azərbaycanda avtomobil dərəyə aşdı - Yaralılar var

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo-un APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında baş verib.
“Mercedes” markalı yük avtomobili yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların adları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
09.09.2026 - 22:47
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
09.09.2026 - 22:40
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
09.09.2026 - 21:51
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
09.09.2026 - 21:37
Bakıda avtobus parkı 2500-ə çatır!
09.09.2026 - 21:02
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
09.09.2026 - 20:55
Zubir "Qarabağ"a geri dönür?
09.09.2026 - 20:41
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
09.09.2026 - 20:13