Azərbaycanda avtobus sürücüləri üçün yeni tələb müəyyənləşib
Azərbaycanda icbari tibbi müayinə zamanı nəzərə çarpan nevroloji simptomatika ilə müşahidə olunan kəllə sümüyünün travmatik deformasiyası və defekti aşkarlanan avtobus sürücüləri sürücülük hüquqlarını itirəcəklər.
APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının “İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tibbi əks göstəriş avtobus idarə etmək hüququ verən “D” və D1” kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri, o cümlədən qoşqulu avtobus idarə etmək hüququ verən “DE” və “D1E kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri əhatə edir.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Qeyd edək ki, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanlar 2 ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi