AZƏRBAYCANDA AİLƏ FACİƏSİ: doğum günündə atasının gözləri qarşısında özünü güllələdi - TƏFƏRRÜAT
Ötən gecə Şabran rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, rayonun Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu atasının gözü qarşısında özünü güllələyərək öldürüb.
İlkin məlumata görə, 25 yaşlı Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Belə ki, dünən onun doğum günü imiş. Fərdi təsərrüfatla məşğul olan, sakit təbiətli və zəhmətkeş şəxs kimi xarakterizə olunan gənc qəfil evdəki tüfəngi götürərək başına dirəyib. Atası ona mane olmağa çalışsa da, Müşfiq İbrahimov üzrxahlıq edib, halallıq istəyərək atəş açıb. O, yerindəcə keçinib.
Hadisə vaxtı Müşfiqin anası və bacısı da evdə olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
Şabran rayonunda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir