28.05.2018 - 22:25
Ölkə
20 baxış
Azərbaycanda 5 yaşlı uşaq anasını öldürdü

Ağsu rayonunda güllələnmə hadisəsi baş verib.
Minval.İnfo-nun APA-ya istinadən xəbərinə görə, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.
Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
08.09.2026 - 16:48
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
08.09.2026 - 16:34
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
08.09.2026 - 16:20
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
08.09.2026 - 16:13
Çempionlar Liqası oyunları hansı kanalda?
08.09.2026 - 15:45
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
08.09.2026 - 15:17
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
08.09.2026 - 15:10
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
08.09.2026 - 14:56