Azərbaycana yağış, dolu yağacaq - Günün HAVASI
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında 23-28, Bakıda gecə 26-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bu gün havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aranda 28-33, dağlarda 16-21 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"