07.06.2018 - 19:51
Ölkə
20 baxış
“Azərbaycana gələn əcnəbilərin sayı artıb”

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.
DMX-dən Minval.İnfo-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında miqrasiya sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
V. Hüseynov bildirib ki, Azərbaycana gələn əcnəbilərin sayı artıb. O, əcnəbilərin rahatlıqlarının təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Səfir A. Massari ölkələr arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini və bu əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
08.09.2026 - 16:48
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
08.09.2026 - 16:34
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
08.09.2026 - 16:20
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
08.09.2026 - 16:13
Çempionlar Liqası oyunları hansı kanalda?
08.09.2026 - 15:45
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
08.09.2026 - 15:17
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
08.09.2026 - 15:10
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
08.09.2026 - 14:56