Azərbaycan Universitetində yeni laboratoriya açılıb

Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin İnformasiya Təhlükəsizliyi üzrə birgə Tədris-Tədqiqat Laboratoriyasının açılışı olub.
“Minval.info” xəbər verir ki, açılışda laboratoriyanın iş prinsipi Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya məruzə olunub. Bildirilib ki, hər bir ölkənin milli təhlükəsizliyində, dövlət qurumları, özəl şirkətlər, bank sektorunda kompüter sistemlərinin, informasiya resurslarının qorunması və bu sahədə peşəkar kadrların hazırlanması aktual məsələlərdən biridir. İnformasiya təhlükəsizliyi sahəsində ciddi infrastruktur, kadr potensialı və təcrübəyə sahib Xarkov Milli Radioelektronika Universiteti ilə birgə qurulan laboratoriya kompüter sistemləri, şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması üçün müasir texniki avadanlıqlar – serverlər, şəbəkə ekranları, smart sviçlər, kommutatorlar, müasir kompüterlər, smart lövhə və digər şəbəkə avadanlıqları ilə təchiz olunub. Burada tələbələr və gənc tədqiqatçılar kibertəhlükəsizlik sahəsindəki müxtəlif problemlərin tədqiqi və həlli yollarını praktik olaraq öyrənəcəklər.
Qeyd edək ki, universitetlər arasında 2019-cu ildən kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edən beynəlxalq ikili diplom proqramı tətbiq olunur. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin nəzdində birgə laboratoriyanın qurulması isə əməkdaşlığın növbəti istiqamətidir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?