Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərir - RƏSMİ

İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən Minval.info-ya verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır.
Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu ərazilərdə işıq olmayacaq
İş vaxtından artıq işlədilməklə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər
Maskasız sərnişinlər metroya buraxılmayacaq
Maşında uşağı tək saxlayanların diqqətinə!
Sürücü və piyadalara XƏBƏRDARLIQ! — DYP hərəkətə keçdi
Avropanın 3 ölkəsindən 85 azərbaycanlı deportasiya olunub