13.04.2022 - 13:13
Siyasət
25 baxış
Azərbaycan Prezidenti: “Ağalı kəndinin sakinləri artıq bu il orada yaşayacaqlar”
“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.
“Minval.info” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.
“Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq”, – Prezident vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
12.09.2026 - 21:29
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
12.09.2026 - 20:19
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
12.09.2026 - 17:38
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!
12.09.2026 - 17:03
Husilər Yəməndə irəliləyir: Sahil xətti tam nəzarətdə!
12.09.2026 - 16:00
