Azərbaycan Pakistandan JF-17 qırıcıları almaqda maraqlıdır

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcıları almaqda maraqlıdır.
Minval.info “The Week”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.
“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması gündəlikdə duran ən əsas məsələdir”, – M.Novruzov deyib.
O əlavə edib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir: “Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir”.
Xatırladaq ki, Pakistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana fəal dəstək verib. İki ölkə arasında müdafiə sahəsində fəal əməkdaşlıq mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir