Azərbaycan Ordusu zəlzələ ilə bağlı Türkiyəyə yardıma gedir
Türkiyə mediasında yer alan xəbərlərdə Azərbaycan Ordusunun qüvvələrinin də zəlzələ ilə bağlı yardım üçün Türkiyəyə yola düşdüyü bildirilir.
Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdən sonra bölgədəki vətəndaşlara kömək üçün tədbir görülüb.
Türkiyə Silahlı Qüvvələri və Jandarma qüvvələrinin zəlzələ bölgələrində həyəcan təbili çaldığı və xilasetmə işlərində iştirak etdiyi bildirilib. Qeyd olunur ki, Azərbaycan ordusunun Türkiyəyə kömək üçün yola düşdüyü də öyrənilib. Türkiyə mediası bu xəbəri “Türkiyə Silahlı Qüvvələri və Azərbaycan ordusu Kahramanmaraşda baş verən zəlzələ üçün tək ürək” başlığı ilə paylaşıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda