Aytəkin Alxaslı sosial şəbəkələrdə yayılan videosundan danışdı - VİDEO
Aytəkin Alxaslı : “İndiyə qədər heç bir velosiped də sürməmişdim”.
Minval.İnfo Topxəbər.az saytına istinadən tanınmış jurnalist Aytəkin Alxaslının müsahibəsini oxuculara təqdim edir.
– Hazırda nə işlə məşğulsunuz?
– İstipress.az saytındayam, şimal bölgənin müxbiriyəm.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
– Mir Şahin müəllimdən Real TV-də işləmək təklifi gəldi?
– Xeyr, gəlməyib.
– Təklif gəlsə, gedərsiniz?
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
– Bildiyimə görə, bölgə müxbiri yoxdur. Bu barədə qərar verməmişəm. Mənim orada olmağım əsas deyil, əsas Real TV-nin Azərbaycan tamaşaçısının qəlbini oğurlaya bilməsidir. İstipressdə olmağım mənə xoşdur. Burada da keçmiş ansçilərdir. ANS-də olan həvəslə işləyirəm. Çalışıram ki, bölgədə baş verən hadisələri istipress.az saytına çatdırım. ANS bağlanandan sonra yeganə işçilərdənəm ki, başqa yerə getmədim, gedənləri də qınamıram. Real TV-yə də uğurlar arzu edirəm.
– Sosial şəbəkədə yayılan videorolik barəsində danışaq. Hadisə necə baş vermişdi?
– O hadisə 2011-ci ilin dekabrın 2-də olub. Üstündən neçə il keçib. Təzədən bu videonun gündəmə gətirilməsini istəməzdim. ARB-nin şimal bölgəsinin həmkarlarından biri bu videonu xoş məramla yerləşdirib. Amma bu dərəcədə müzakirə mövzusunun olmağını istəməzdim. Dünəndən nə qədər zəng gəlib. Hamı soruşur ki, yaxşısan. Deyirəm köhnə videodur. Mən hərhansı bir tədbirə tez getməyi xoşlayıram. Tədbirə tez getdim, dayanmış skuterə mindim, sürmək mümkün deyildi. Bu, ləzzət eləmədi. Sonradan istədim skuterə minim. Bu, mənim texniki bacarıqsızlığım idi. İndiyə qədər heç bir velosiped də sürməmişdim.
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
https://www.youtube.com/watch?v=2HpXYiU1j2o
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
