Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO
Bakıda start götürən “DreamFest” beynəlxalq musiqi festivalı dünya ulduzları ilə yanaşı, yerli sənətçilərin də maraqlı çıxışları və obrazları ilə yadda qalmaqdadır.
Festivalın ən çox diqqət çəkən məqamlarından biri isə firuzəyi xalça üzərində yaşanan ulduz axını olub.
Minval.info xəbər verir ki, gecənin ən parlaq simalarından biri, ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımova olub. Pop kraliça tədbir üçün seçdiyi qeyri-adi və zövqlü qara libası, fərqli saç düzümü və iri daşlardan ibarət aksesuarları ilə firuzəyi xalçaya tam məna itisi ilə damğa vurub.
Onun bu cəsarətli və eleqant tərzi festivalın qonaqlarının, eləcə də yerli və xarici fotoqrafların böyük marağına səbəb olub. Kameralar qarşısına keçən Xalq artisti jurnalistlərin suallarını cavablandırarkən hələ də reallaşmayan arzularının olub-olmaması ilə bağlı suala səmimi cavab verib:
“Əlbəttə var. O da bilirsiniz, illərlə olan arzum deyil. Gündəlik arzularımdır. Nəsə baş verir, mən onu istəyirəm həyata keçirdim. Məsələn, bir də görürsən nəsə istəyirəm də…” – deyə ifaçı bildirib.
Minval.info
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyəli müğənni Nev reanimasiyaya yerləşdirildi
Nigar Tofiq nişanını qaytardı: "Ona reklam lazım idi
Gömrükdə rəqəmsal inqilab: Ticarət asanlaşır!
Sonaxanım Əliyevanın adından dələduzluq olayı!
Dilqəm Əsgərovun məhkəməsində gərgin anlar yaşandı
Cem Yılmaz xəstəxanadan çıxdı: Ailə ilə nərd vaxtı
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyu dayandırıldı