Aydan "Ən bahalı həyat yaşayan qadınlar" siyahısında

“The Art Newspaper Russia” qəzeti “Ən bahalı həyat yaşayan rəssam qadınlar” adlı Top 50 siyahı hazırlayıblar.
Minval.info xəbər verir ki, qəzetdə xanımların hansı kriteriyaya əsasən siyahıya salınması da izah edilib. Belə ki, onların 2020-ci ildə əsərlərinin hərracda və sərgilərdə satılma qiymətləri araşdırılıb. Qaleriyalarda əsərlərinin neçəyə satıldığı nəzərdən keçirilib, amma qiymətlər açıqlanmayıb.
Top 50-də 44-cü yerdə azərbaycanlı rəssam Aydan Salahovanın adı yer alıb. Rusiyada yaşayan və çalışan Aydan rəssam, heykəltəraş, keçmiş qalereya sahibi, müasir rus incəsənətinin önəmli simalarından biri kimi təqdim edilib.
Yazıda qeyd edilib ki, Aydanın əsərlərindən biri Moskvada hərracda 53 808 dollara (91 500 manat) satılıb.
Eyni zamanda bildirilib ki, mərhum Xalq rəssamı Tahir Salahovun qızı Aydan “Артхроника” jurnalında Rusiya incəsənətinin ən önəmli siması kimi təqdim edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!