Avtomobilimizi soyuq havalara necə hazırlayaq? - VİDEO
Şinlər, mühərrik və avtomobilin alt işlək hissələri. Havaların soyuması səbəbi ilə avtomobilin bütün bu hissələrinin yoxlanılması vacibdir. Çünki bu detallar yayda keyfiyyətini itirdiyindən payız qış aylarında sürücülər üçün problem yaradır.
Avtomobil ustası Dəniz Ağabəyli bildirir ki, əslində bütün avtomobillər maksimum 15 min km dən bir ümumi texniki yoxlanışdan keçməlidir ki, ölkəmizdə əksər sürücü bunu etmir. Ustanın sözlərinə görə xüsusi ilə yağışlı havadan sonra nasazlıqla bağlı müraciət edənlərin sayı artır.
Ustaların sözlərinə görə sürücülər maşınlarını saz vəziyyətə gətirsələr qəzaların sayında da azalma olar.
Ustalar hesab edir ki isti havalarda avtomobiln rezin hissələri quruduğundan bu mövsümdə xüsusi ilə alt işlək hissədəki yararsız detalları dəyişmək lazımdır. Bununla həm avtomobildəki əlavə səslər kəsiləcək, həm də maşının idarə edilməsi rahatlaşacaq.
Qeyd edək ki, qarşıdan yağışlı günlər gəldiyindən avtomobillərin də buna hazırlanması tövsiyyə edilir.
https://youtu.be/ooXQ0R3c_m8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Magistraturaya müsabiqənin nəticələri açıqlandı
Sabahın hava proqnozu
Məhəmməd Hadi küçəsi prospektə çevrilir?
"Veysəloğlu" şirkəti 91 min manat cərimələndi