Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? – Video
Hava şəraitinin son günlər istiləşməsi sərnişinlər üçün çətinlik yaradıb.
Səbəb avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır.
Xəzər Xəbər-in məlumatına görə, sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də onların bu istəyi nəticəsiz qalır. Sürücülər şirkət tərəfindən onlara kondisioner sistemini qoşmamaqları ilə bağlı tapşırıq verildiyini bildiriblər.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Daşıyıcı şirkətlərlə əlaqədən sonra məlum oldu ki, bəzi şirkətlər öz avtobuslarında kondisioner sisteminin qoşulması ilə bağlı sürücülərə tapşırıq veriblər.
Bu arada, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq daşıyıcı şirkətlərə avtobuslarda sərinləndirmə sisteminin işə salınması ilə bağlı göstəriş verilib.
“Baku Bus” avtobuslarında isə artıq bu gündən kondisioner sistemi işə salınıb.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
https://www.youtube.com/watch?v=rQdMFAKw6s0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var