Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusun sürücü içərisi sərnişinlə dolu olmasına baxmayaraq, avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib.
Minval.İnfo xəbər verir ki, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb.
Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, daha da sürətli sürəcəyini deyib.
Məsələ ilə bağlı sözügedən avtobusların xətt nəzarətçisi Namiq Quliyev isə bildirib ki, həmin sürücü şirkət tərəfindən cəzalandırılacaq.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsini bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılacaq. Sözügedən ünvanda kameralara baxış keçiriləcək. Sürücünün yol hərəkəti qaydasını pozması təsdiqini tapsa, həmin sürücü haqqında cəza tətbiq ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu şəxslərin dövlət qulluğuna qəbul qaydası dəyişdi
DİQQƏT! Bu yolda xətlənmə aparılacaq
Hacılar Bakıda belə qarşılandı - VİDEO
Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri
Cahangir Hacıyevin məhkəməsi təxirə salınıb
"Davam" və Nizami Kino Mərkəzi kino günləri keçirir