01.09.2026 - 12:30
Təhsil 26 baxış

Avstraliya qlobal fəlakətdən sağ çıxmaqda liderdir

Avstraliya, qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz yeri olaraq seçilib. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Almaniyadakı Hagen Universitetindən Dr. Florian Ulrix Jahnin rəhbərlik etdiyi tədqiqatçılar qrupu, fəlakətlərlə bağlı yüzlərlə elmi məqaləni təhlil edərək bu nəticəyə gəliblər.

Minval.info xəbər verir ki, tədqiqatçılar asteroid toqquşmalarından və vulkan püskürmələrindən nüvə müharibəsi və bioloji təhlükələrə qədər müxtəlif ssenariləri nəzərdən keçiriblər. Onlar belə bir nəticəyə gəliblər ki, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik, münaqişə zonalarından uzaqda yerləşən varlı, demokratik ada dövlətləri bu miqyaslı fəlakətdən sağ çıxmaq üçün ən yaxşı şansa malikdirlər.

Nəticələr “Global Challenges” jurnalında dərc olunub. Fəlakətdən sağ çıxmaq şansı ən yüksək olan ölkələrin siyahısına Yeni Zelandiya, Yaponiya, İsveçrə və Argentina da daxildir. Lakin, bu ölkələrin hamısının Avstraliya ilə müqayisədə zəif cəhətləri var, çünki Avstraliya münaqişə zonalarından uzaqda yerləşir, çoxlu miqdarda qida istehsal edir və inkişaf etmiş sənayeyə malikdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: