Avropa çempionu qətlə yetirilib
Şamaxıda “Yeddi Gümbəz” qəbiristanlığında tanınmış idmançı qətlə yetirilib.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət sərbəst güləşçi Surxayev Ruslan Adil oğlundan gedir.
Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi olan Ruslanı bıçaqlayaraq qətlə yetirib. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib.
Qeyd edək ki, sərbəst güləşçi Ruslan Surxayev 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır. O, eyni zamanda gənclər arasında keçirilən Dünya birinciliyinin gümüş mükafatşısı olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir