Avropa Bankından Mustafa Kamal Atatürkə böyük ehtiram - FOTO

Avropa Mərkəzi Bankı üzərində Atatürkün şəkli olan xüsusi avro buraxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk kolleksioner Özgür Honaşın səyi nəticəsində buraxılan pul avro ilə eyni xüsusiyyətlərə malikdir. Pul turizmdə tanıtma və xatırlatma məqsədilə istifadə ediləcək.
Kolleksiyaçının əsas məqsədi “Prezidentlər seriyası” yaratmaqdır. Honaş mövzu ilə bağlı araşdırmalarını bitirdikdən sonra seriyanı Rəcəb Tayib Ərdoğana təqdim edəcək.
“Bir gün dostlarımdan biri zəng edərək “Avropada yaşayıram. Avropa Mərkəzi Bankı belə pullar buraxır. Bu mövzuda öndə olmaq istəyirəm, kömək edərsənmi?” dedi. Təklifi qəbul etdim, amma düşünürdüm ki, Avropa Bankı bizim pulu niyə çıxarsın ki? Pulun dizaynını hollandiyalı dostumuz Kristian Peterman etdi. Pulu son dizaynından sonra buraxılması üçün təqdim etdik. Təqdim edildikdən 3 həftə sonra pul buraxıldı”- deyə Honaş bildirib.
Qeyd edək ki, puldan 5 min ədəd buraxılıb və davamı olmayacaq.
“Biz “Prezidentlər seriyası” yaratmaq istəyirik. Bu barədə layihəmizi prezidentə təqdim edəcəyik. Əgər razılaşsa, layihə qəbul edilsə, işimizi davam etdirəcəyik” – Honaş əlavə edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!