Atasının ikinci arvadını amansızlıqla öldürən şəxs hakim qarşısında - 8 il yatıb çıxmışdı
57 yaşlı qadını öldürüb su quyusuna atan Rəhim Bağırov hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, R.Bağlrovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prosesə hakim Azər Paşayev sədrlik eəcək.
Hadisə ötən il Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.
Axtarış zamanı Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan tapılıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1957-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu törədib.
O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib. Daha sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Meyitin üstünə daş və torpaq, ağac atıb.
Ev sahibi Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.
Mərhum Badam Bağırovanın övladı hadisədən bir gün əvvəl məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Qətli törədən Rəhim Bağırov isə saxlanılaraq istintaqa təhvil verilib. O, daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və həbsxanadan yeni çıxmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir