Atanın oğlu tərəfindən öldürülməsinin təfərrüatı:
Gədəbəy rayonunda atanın oğlu tərəfindən döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Minval.info xəbər verir ki, rayonun Toplar kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Aydın Məmmədhəsənov oğlu tərəfindən amansızcasına döyülüb:
“Aydının oğlu içki düşkünüdür. Ayıq günü olmayıb. Rəhmətlik kişi sağlığında deyirdi ki, bu oğlan məni öldürəcək. Dəfələrlə onu polisə vermişdi. Amma oğlu hərəkətindən əl çəkmirdi. Özü də ailəlidir, uşaqları var, atası ilə birlikdə yaşayır. Evə içkili gəlib, atası da onu tənbeh edəndə bıçağı götürüb kişini vurub. Atasına saysız-hesabsız xəsarət yetirib. Amma kənddə deyirlər ki, oğlu onun başından bellə vurub. Evdə heç kəs olmayıb. Bir daş düşəydi onun başına, övlad da atasına əl qaldırar? Bütün kənd dəyib bir-birinə, sakit bir kişini döyüb-öldürüb. Ata öldü, özü də həbs olundu”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi