"Atam da çəkən idi"- Narkotik satışına görə tutulan "Səbiş"
Külli miqdarda narkotik satışında təqsirləndirilən qadının məhkəməsi keçirilib.
“Minval.info” musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilərək həbs edilən 1988-ci il təvəllüdlü Səbinə Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittihamla Səbinə Quliyeva özünü qismən təqsirli bilib.
O deyib ki, həbs edilən zaman narkotik satışı ilə məşğul olmayıb. Müttəhim narkotik istifadəçisi olduğunu etiraf edib.
Səbinə onu da etiraf edib ki, bir dəfə narkotik satışı ilə məşğul olub.
İlk dəfədir məhkumluq həyatı yaşayan Səbinə narkotikin onun və ailəsinin həyatını məhv etdiyini söyləyib və bildirib ki, mərhum atası da narkotik istifadəçisi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir