Astarada turistlə yerli sakin arasında şəlalədə gərgin anlar: Təhqir edən şəxs həbs olundu
Astara rayonunda Sım şəlaləsində çimən bir turisti təhqir edən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, 40 yaşlı Həmid Mədətov (ad dəyişdirilib) adlı kənd sakini, şəlalənin yaxınlığında bir şəxsin suda çimdiyini görüb və ona ətrafda evlərin olduğunu bildirərək sudan çıxmasını tələb edib. Lakin turist, buranın istirahət zonası olduğunu bildirərək çimməyə davam edib.
Bu vəziyyətdən narazı qalan Həmid, həmin şəxsi nalayiq sözlərlə təhqir edib. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən Həmid Mədətov saxlanılıb və ona qarşı inzibati protokol tərtib olunub.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Məhkəmə qərarı ilə Həmid Mədətov 5 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. O, əməlindən peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir