Astarada kişini girov götürənlər saxlanılıb
Yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Minval”a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar.
R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A. Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10 000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat 2 radələrində onu buraxmalarını bildirib.
Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Astara RPŞ tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir