Astarada insanları zəhərləyən qadın tutuldu - FOTOLAR

Astarada qadından 10 min ədəd güclü təsir edən dərman preparatları aşkar edilərək götürülüb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan “Tramodol” adlı dərman preparatlarının satışı ilə məşğul olan Astara şəhər sakini Rəna Həsənova saxlanılıb. Astara rayonu ərazisində ayrı-ayrı şəxslərə dərman preparatlarının satışı ilə məşğul olan R.Həsənovanın yaşadığı evdən 160 ədəd güclü təsiredici “Tramadol” tərkibli dərman preparatları aşkar edilərək götürülüb. Bundan əlavə, R.Həsənovanın İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsirli dərman preparatlarını satış məqsədilə əldə edərək yaşadığı evin həyətində olan tikilidə saxladığı müəyyən edilib.
Saxlanılan R.Həsənova barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Minval.İnfo



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir