ASELSAN-ın rəhbəri: "Türkiyə PUA-ları Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi"
“PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi”.
Minval.info xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.
“Öncəliklə, Azərbaycan xalqının Qarabağ zəfərini bütün səmimiyyətimlə təbrik edirəm. Bu, bizim üçün də inanılmaz xoşbəxtlik verən hadisədir. Başda Ali Baş Komandan, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu zəfər üçün gördüyü hazırlıq sonda qalibiyyət gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu”, – o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi