“ASAN xidmət”dən kimlər növbəsiz istifadə edəcək?

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər “ASAN xidmət” mərkəzlərindəki xidmətlərdən növbəsiz istifadə edəcəklər.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, “ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.
Belə ki, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.
Məqsəd canı-qanı bahasına bizə qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.
Bu günə qədər bu istiqamətdə 1 790 yaralananın və 2 166 şəhid ailəsi üzvünün ümumilikdə 3 956 müraciəti təmin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident bu müavinətləri 50 faiz artırdı
Hansı restoranlarda COVID-19 pasportu tələb edilmir?
Anar Süleymanov azadlığa çıxdı: Evlənəndə onu araşdırmamışdım
Bakıda ən yüksək və ən aşağı maaş verilən sahələr açıqlanıb
Bakıda hər yerdə avtomobil saxlaya bilməyəcəksiz – Sistem qurulur
Gözümüzün önündə böyük cinayət törədilir
“Biz onu cərimələsək də, əməlindən əl çəkmir” –