ASAN-ın səlahiyyətləri niyə alındı?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 24 noyabr 2022-ci il tarixində Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. “MyGov” portalı da ASAN Xidmətdən alınaraq bu nazirliyə verilib.
Fərmanın imzalanmasını zəruri edən nədir? ASAN xidmətdə bu proseslərlə bağlı problem nədə idi?

Mövzu ilə bağlı olaraq, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a açıqlama verib.
O, Fərmanın sahə üzrə mərkəzləşdirmə, təkrarlığı aradan qaldırmaqda faydası olacağını deyib:
“Ölkədə rəqəmsallaşmaya cavabdeh qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Rəqəmsal transformasiya məsələləri bu qurumun səlahiyyətindədir. 1 il öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı “Rəqəmsal İnkifaş Nazirliyi”nə dəyişib. Bundan sonra nazirliyə əlavə səlahiyyətlər verilib. Bu məsələdən sonra paralellik var idi. Rəqəmsal transformasiya bir tərəfdə idi, elektronlaşma-filan digər tərəfdə. Rəqəmsallaşmada mərkəzləşmə, rəqəmsal transformasiya, “elektron hökumət” portalını təkmilləşdirmək, rəqəmsallaşma məsələlərini bir qurumda birləşdirmək məqsədilə Fərman imzalanıb. Düşünürəm ki, bu, gözlənilən idi”.
O.Gündüz, ASAN xidmətin 4 il müddətində elektron hökumət portalı ilə bağlı işlər görsə də, bunun kifayət etmədiyini vurğulayıb:
“Son vaxtlar ASAN xidmətdə bu sahə ilə bağlı problemlər müşahidə olunurdu. Elektron hökumət quruculuğu sahəsində koordinasiya, qanunvericiliyin təkmilləşməsi, inteqrasiya işləri ilə bağlı məsələlərdə problemlər var idi. Koordinasiya məsələsini xüsusi qeyd etmək istəyirəm. Elektron Hökumətin İnkişafı Mərkəzi mərkəzi icra orqanları ilə bu məsələləri qurmaqda çətinlik çəkirdi. Elektron hökumətin quruculuğunda qanunvericilik tərəfinin reallaşması, rəqəmsal sənədlərin hüquqi tanınması ilə bağlı problemlər var idi. Hasab edirəm bu sahənin nazirliyə verilməsi ilə problemlərin aradan qaldırılacaq, işlər daha sürətlənəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri Şuşaya səfər edib
Milli Məclis bu gün yeni Ombudsman seçəcək
Umayra Tağıyevaya vəzifə verildi
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub
Əvəz Zeynallı da Etibar Əliyevi məhkəməyə verdi: “Bu, sifarişdir”
Təkrar hərbi xidmətə çağırıldı - Getməsə, cərimələnəcək (FOTO)
Problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına aydınlıq
