Arvadını maşınla vurub öldürdü, özü isə sirkə içdi - Azərbaycanda

Gəncədə kişi həyat yoldaşını avtomobillə vurub öldürüb.
Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə aprelin 3-də baş verib. Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus “Jiquli” ilə qəsdən həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və qadın bu gün dünyasın dəyişib.
E.Abbasov isə hadisədən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. Xəstəxanaya yerləşdirilən E.Abbasov sağalandan sonra hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir