Arvadını məftillə boğub öldürən şəxsə hökm oxundu
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
“Minval.info” report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir