Arvadını balta ilə öldürə bilməyən ər həbsdən çıxan kimi onu güllələdi
Bu ilin fevralın 9-da Yevlax rayonu, Hacıselli kənd sakinləri – 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Yevlax rayon prokurorluğundan bildirilib.
İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Mehdi Qarayev həyat yoldaşına keçən balta ilə xəsarət yetirib. Bu cinayət əməlinə görə həbs edilən Mehdi həmin vaxt açıq şəkildə bildirib ki, azadlığa çıxandan sonra işini başa çatdıracaq. O, həbsdən çıxandan sonra tüfəngə əl ataraq istəyinə nail olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş arvadını öldürən ər ona dəfələrlə xəyanət edibmiş - TƏFƏRRÜAT
Bakıda 9 narkokuryer saxlanıldı: 36 kiloqram heroin, "patı"... - VİDEO
Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib
26 əsgəri mühasirədən çıxardı, son gülləsini özünə sıxdı - FOTOLAR
Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb
Qubada narkotik maddə satan şəxslər saxlanıldı - VİDEO